Livanda yanacaq böhranı ilə əlaqədar 2 böyük elektrik stansiyası fəaliyyətini dayandırıb.
Unikal.org xəbər verir ki, bundan sonra ölkə miqyasında işıqlar sönüb.
Böyüyən böhrandan çıxış yolu olaraq Silahlı Qüvvələrə müraciət edən Livan Elektrik Qurumundan bildirilib ki, enerji istehsalı üçün ordunun yanacaq ehtiyatlarından istifadə olunacaq.
Qeyd olunub ki, ordu iki stansiyanın işləməsi üçün 6 milyon litr yanacaq verəcək ki, bu da üç günlük müddət üçün təxminən 300 meqavatt əlavə enerji təmin edəcək.
Ordudan hələlik məsələyə münasibət bildirilməyib.