Əfqanıstanın Nanqarhar əyalətinin mərkəzində partlayış baş verib.
Unikal.org "Sky News Arabia"ya istinadən xəbər verir ki, hadisə nəticəsində əyalətin Rodat inzibati rayonunun rəhbəri ölüb. Partlayış zamanı 3 "Taliban" tərəfdarı yaralanıb.
Hadisənin digər təfərrüatları barədə məlumat verilməyib.
Qeyd edək ki, Nanqarhar İŞİD-in bir qolu olan Xorasan İslam Dövləti ilə əlaqəli silahlı dəstələrin cəmləşdiyi ərazi hesab olunur.