Suriyanın Azez bölgəsində PKK/PYD terrorçuları Türkiyənin hərbi polisinə hücum edib.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə "Fərat qalxanı" əməliyyat zonasında baş verib. Hücum zamanı 1 xüsusi təyinatlı türk polis həlak olub, daha 3 nəfər yaralanıb. Yaralılardan birinin vəziyyəti ağırdır.