Boliviyada kiçik mühərrikli təyyarə qəzaya uğrayıb.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin hava qüvvələri tviterdəki hesabında xəbər yayıb.
Məlumata görə, hadisə ölkənin şimalındakı Ribelta şəhərində qeydə alınıb. "Cesna C-206" markalı təyyarə səmaya qalxdıqdan az sonra yerə düşüb. Qəza nəticəsində təyyarənin 2 ekipaj üzvü və pilotu, habelə 4 tibb işçisi həlak olub.
Hadisənin başvermə səbəbi açıqlanmır. Ölkənin Hava Qüvvələrinin Aviasiya Qəzalarını Araşdırma Komitəsi qəza ilə bağlı təhqiqata başlayıb.