Fransada təyyarə qəzası baş verib.

Unikal.org xəbər verir ki, hadisə Reyunon regionunda qeydə alınıb. Yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər həlak olub. Ölənlərdən biri ekipaj üzvü, digəri turistdir.

Məlumata görə, təyyarə Silaos şəhərində səmaya qalxıb.

Ölkənin hava nəqliyyatı daşınmaları jandarmeriyası qəza ilə bağlı araşdırmaya başlayıb.