Fransanın cənub-qərbində qatar  relslər üzərində  istirahət  edən 3  nəfərin  həyatına son qoyub. 

Unikal.org xəbər verir ki,  hadisə  nəticəsində 1 nəfər ağır yaralanıb. Ölən şəxslərin mühacir olduğunu bildirilir. 

Fransız dəmir yolu şirkəti SNCF, sözügedən qatarın Fransa-İspaniya sərhədində Hendaye ilə Bordo arasında hərəkət etdiyini  açıqlayıb. Qəzadan sonra qatarın fəaliyyəti  dayandırılıb.  Əraziyə polis və  tibbi  yardım briqadası  cəlb olunub.