"Orduda ortaya çıxan yeganə böyük korrupsiya hadisəsi Nikol Paşinyanın hakimiyyəti dövründə oldu".
Unikal.org xəbər verir ki, bunu "Hayastan" fraksiyasının üzvü Artur Qazinyan bu gün mətbuat konfransında bildirib. O, ölkədə baş verənləri Nikolla əlaqələndirib:
“Ermənistanın müasir tarixinin ən böyük korrupsiya faktı onun tərəfindən ortaya atılıb. Onun səyləri sayəsində Davit Tonoyan və Stepan Galstyan bu gün həbsxanadadır. Nikol Paşinyanı hökumətdəki bütün korrupsiya işlərini açmağa təşviq etmək istəyirəm. Orduda ortaya çıxarılan yeganə real, genişmiqyaslı korrupsiya işi Nikol Paşinyanın hakimiyyəti dövründə baş verdi".
Gülayə Mecid