Qırğızıstan parlamenti-Joqorku Keneşin Konstitusiya qanunçuluğu, dövlət quruluşu, məhkəmə-hüquq məsələləri və reqlament komitəsi hökumətin yeni tərkibini təsdiq edib.
Unikal.org xəbər verir ki, Qırğızıstan Nazirlər Komitəsinin (NK) sədri vəzifəsinə Akılbek Japarovun namizədliyi təsdiqlənib.
Yığıncaqda Arzıbek Kojoşev NK sədrinin birinci müavini, Aziz Aliyev və Edil Baysalov sədrin müavinləri, Kamçıbek Taşıyev sədrin müavini və Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifələrinə təyin olunub.
İclasda nazirlər, komitə sədrləri də təsdiq edilib.