Türkiyədə şərti adı Fehmi A. olan 65 yaşlı kişi gəlini Ayat A.-nı (şərti) (31) bıçaqlayaraq öldürüb.
Unikal.org xəbər verir ki, Tekirdağın Çerkezköy mahalında baş verən hadisədən sonra qayınata cəsədi bıçaqla parçalara ayırıb.
2 uşaq anası olan qırğız əsilli gəlinin kəsilmiş cəsədinin bir hissəsi evin hamam otağındakı zibil qutusunda, digər hissəsi isə torbalar şəklində avtomobilin baqajında tapılıb.
65 yaşlı şəxs öz arvadının polisə müraciəti nəticəsində həbs edilib. Faktla bağlı istintaqa başlanılıb.
Ağarza Elçinoğlu