Namizədliyi Baş nazir Nikol Paşinyan tərəfindən irəli sürülən Arsen Avaqyan Ermənistanın İrandakı yeni səfiri təyin edilib.
Unikal.org xəbər verir ki, bu haqda informasiyanı dövlət başçısının mətbuat xidməti yayıb.
Mənbə yazır ki, Avaqyan XİN-də Qonşu Ölkələr Departamentinə rəhbərlik edib və digər ölkələrlə yanaşı İranla əlaqələrin inkişafından məsul olub.
Daha əvvəl Armen Sarkisyan 2015-ci ildən Ermənistanın diplomatik missiyasına rəhbərlik edən səfir Artaşes Tumanyanı geri çağırıb.