"Düşünürəm ki, ABŞ dolları sanksiya aləti olaraq istifadə etməklə böyük səhv edir".
Unikal.org xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin, Rusiya Enerji Həftəsi forumunun plenar iclasından sonra "CNBC"yə verdiyi müsahibə zamanı deyib.
"Müştərinin çatdırılan məhsullar üçün pulunu dollarla ala bilmərik. Bu hara aparır? Məcburuq, başqa çarəmiz yoxdur, sadəcə başqa valyutalardan istifadə etməliyik.
Hətta ABŞ-ın ən yaxın tərəfdaşları və müttəfiqləri də öz ehtiyatlarında dolların payını aşağı salırlar. Bu, statistik bir faktdır", -deyə Putin bildirib.
Ağarza Elçinoğlu