Meteroit parçası zavodu dağıtdı - VİDEO
Meteorit parçası Çelyabinsk sink zavodunun anbarını dağıdıb

Çelyabinsk vilayətinə düşən meteorun zərbə dalğası sink zavodunun anbarının divarını uçurub.

Zərbə nəticəsində zavodun inzibati binalarının pəncərələri qırılıb, dörd nəfər yüngül yaralanıb.

Hadisə nəticəsində Çelyabinskdə bir neçə evin də şüşələri sınıb. Fövqəladə Hallar Nazirliyi regionda radiasiya fonunun normada olduğunu bildirir.

Qeyd edək ki, bu gün səhər saatlarında Çelyabinskdə meteor yağışı adlanan təbiət hadisəsi müşahidə olunub. Bolidlərin əksəriyyəti atmosferdə yansa da, böyük bir meteor parçası Çelyabinsk ərazisində, Satka rayon mərkəzindən 80 kilometr uzaqda yerə düşüb.

VİDEOVİDEO