Albaniyanın qərbində yerləşən hotellərdən birində 4 turistin meyiti tapılıb.

Unikal.org xəbər verir ki, meyitləri tapılan turistlər Rusiya vətəndaşlarıdır: "Təxminən saat 00:20-də (Bakı vaxtı) Kavaya dairəsinin Kerret kəndində yerləşən hotelin saunasında Rusiya vətəndaşı olan 4 turistin meyiti tapılıb. Onlar hamısı boğularaq ölüb".

Digər təfərrüatlar barədə məlumat verilmir.