
“Media forum” saytı fevralın 14-də prezident İlham Əliyevin sərəncamı ilə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Mirdaməd Sadıqovun bioqrafiyasını təqdim edir.
Sadıqov Mirdaməd Mirsadıq oğlu 1950-ci ildə İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub. Azərbaycan Xalq Təsərrüfatı İnsititunu bitirib. Həmin təhsil ocağının maliyyə-kredit kafedrasında baş pereporator, laborant və baş laborant olub.
1977-ci ildən 1982-ci ilədək Azərbaycan Xalq Təsərrüfatı İnstitutu komsomol komitəsinin katibi vəzifəsində çalışıb. 1982-ci ildə maliyyə-kredit kafedrasının baş müəllimi və iqtisadiyyat fakültəsinin dekanı vəzifəsinə təyin edilib.
1988-ci ildən Bakı Maliyyə-Kredit Texnikumunun direktoru (Azərbaycan Maliyyə-İqtisad Kolleci) olub.
1999-2000-ci illərdə Nəsimi Rayon Vergilər İdarəsinin rəisi vəzifəsində çalışıb.
2000-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna prorektor vəzifəsinə təyin edilib.
2008-ci ildə Vergilər Nazirliyi vergi siyasəti və vergi qanunvericiliyi strateji araşdırmalar mərkəzinin baş idarə rəisi vəzifəsində çalışıb.
2008-ci il noyabr ayının 21-də Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsinə təyin edilib.
İqtisad elmləri doktoru, professordur. Ailəlidir. 4 övlad atasıdır.
1993-cü ilin mart ayından Yeni Azərbaycan Partiyasının üzvüdür.