Fransanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Nikolya de Buyan de Lakost rəsmi Minskin tələbi ilə ölkəni tərk edib.

Unikal.org "France Press"ə istinadən xəbər verir ki, diplomatik missiya nümayəndələrinin sözlərinə görə, səfir artıq işçilərlə vidalaşıb:

"Belarusun Xarici İşlər Nazirliyi səfirdən 18 oktyabr tarixinə qədər ölkəni tərk etməsini tələb edib. Səfir də bu gün ölkədən gedib", - deyə bildirilib.