Müxalif fəallar dövlətdən 350 min avro istəyir
11:00 15-02-2013
CƏMİYYƏT
Müxalif fəalların ötən il oktyabrın 20-də və noyabrın 17-də Bakıda keçirdiyi aksiyalarda həbs olunan 17 nəfərin şikayətləri Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib. Məlumatı “Media forum” saytına vəkil Əsabəli Mustafayev verib.
Vəkil bildirib ki, iki polis aksiya zamanı ümumilikdə 23 nəfəri həbs edib. Həmin şəxslər Səbail və Nəsimi rayonlarının məhkəmələrinin qərarları ilə 7 sutkadan 15 sutkayadək həbsə məhkum olunublar: “Biz bu qərarlardan apellyasiya şikayəti vermişik. Amma Bakı Apellyasiya Məhkəməsi rayon məhkəmələrinin qərarını qüvvədə saxlayıb. Ona görə də Avropa Məhkəməsinə müraciət etmişik”.
Avropa Məhkəməsinə göndərilən şikayətdə həbs olunanların şəxsi toxunulmazlıq, azadlıq, ədalətli mühakimə olunmaq, fikir, sərbəst toplaşmaq hüquqlarının pozulması hallarını və siyasi ayrı-seçkiliyə məruz qalmaları faktlarını tanımaq xahiş edilib: “Şikayətdə eyni zamanda maddi və mənəvi zərərə görə dövlətin təzminat ödəməsi tələbini qoymuşuq. 17 nəfərin işi üzrə dövlətdən ümumilikdə 350 min avro təzminat istəyirik.
Avropa Məhkəməsi tezliklə bu işlərlə bağlı Azərbaycan hökumətinə sorğular göndərəcək, kommunikasiya başlanacaq. Bir ölkədən hansısa sahəyə dair tez-tez şikayətlər daxil olursa, həmin işlərə prioritet məsələlər sırasında baxılır. Son zamanlar yalnız mən Avropa Məhkəməsinə Azərbaycanda şəxsi toxunulmazlıq, azadlıq, ədalətli mühakimə olunmaq, fikir, sərbəst toplaşmaq hüquqlarının pozulması və siyasi ayrı-seçkiliyə məruz qalma halları ilə bağlı 100-dən artıq şikayət göndərmişəm. Bu qədər şikayət varsa, deməli, Avropa Məhkəməsi buna prioritet məsələ kimi tez bir zamanda baxacaq”.
Əsabəli Mustafayev deyib ki, şikayətin Avropa Məhkəməsinə gec göndərilməsi Azərbaycan məhkəmələrindəki süründürməçiliklə bağlıdır: “Bakı Apellyasiya Məhkəməsi qərarların verilməsini məqsədyönlü şəkildə ləngidir, əsassız əngəllər yaradır. 23 nəfərdən 6-sının işinin hələ də Avropa Məhkəməsinə göndərilməməsi bununla bağlıdır. Bir neçə dəfə getmişik, amma qərarları ala bilmirik”.
Digər Xəbərlər
2024-12-27 13:30:51
2024-12-27 13:25:57
2024-12-27 13:12:59
2024-12-27 13:08:44
2024-12-27 12:40:21
2024-12-27 12:39:05
2024-12-27 12:37:10
2024-12-27 12:09:12
2024-12-27 12:06:12
2024-12-27 12:04:08
2024-12-27 12:04:00
2024-12-27 12:01:04
2024-12-27 11:54:08
2024-12-27 11:52:19
2024-12-27 11:48:59