Hindistanın Kerala vilayətində leysan yağışların altında qalan bölgədə özlərinə toy mərasimi keçirən cütlük maraqlı üsula əl atıblar.
Unikal.org xəbər verir ki, gəlinlə bəy böyük qazanın içində toy məclisinə gediblər. Hər ikisi tibb işçisi olan hindlilər yerli mediayaya açıqlama veriblər. Onlar toylarının təxirə düşməməsi üçün bu yola əl atdıqlarını bildiriblər. Ərazilərin su olması səbəbindən qonşu bölgədə mərasim quran gəlinlə bəy avtomobil əvəzinə qazandan istifadə ediblər.
Qazanın içində toylarına gedən gənclər gündəmə səbəb olublar.