Bu gecə Moskva şəhər və Moskva vilayəti polisinin Balaşixovo qəsəbəsində keçirdiyi əməliyyat zamanı Azərbaycan və Gürcüstan əsilli “qanuni oğru”lar saxlanılıb.

“Exo Moskvı” radiosunun verdiyi məlumata görə, Balaşixovoda saxlanılan “qanuni oğru”ların qanunsuz narkotik vasitələr dövriyyəsində ittiham edilirlər.

Məlumata görə, “qanuni oğrular” “Şakar” ləqəbli məşhur “qanuni oğru” Zakro Tsukiazovun rəhbərliyi altında “sxodka”ya yığışıbmış.

Moskva vilayəti polisi saxlanılanların kimliyi barədə açıqlama verməyib.
Azərbaycanlı və gürcü “qanuni oğru”lar “sxodka”da tutuldu