Suriyada hərbçiləri daşıyan avtobus paytaxt Dəməşqdəki Prezident körpüsündə quraşdırılmış minaya düşüb.

Unikal.org  “SANA” agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 14 hərbçi həlak olub, daha 3 nəfər yaralanıb.

Partlayıcı qurğuların terrorçular tərəfindən işə salındığı bildirilir. Hadisə yerinə gələn minaaxtaranlar yaxınlıqda daha bir partlayıcı qurğu aşkar edərək zərərsizləşdiriblər.