Mən həbsdə olduğum müddət ərzində qida qəbul etməyəcəyəm və hətta ölməyə hazıram.
Unikal.org xəbər verir ki, bu məlumatı Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib.
"Eyni zamanda mən sağlam məntiqimi və iş qabiliyyətimi qorumaq istəyirəm. Ona görə də həkimlərin tibbi müdaxiləsi ilə razıyam", – deyə o bildirib.