Dağlıq Qarabağ çağırışı ciddiləşir
12:14 15-02-2013
CƏMİYYƏT
Ermənistanda Qarabağa yanaşmada ikitirəlik yarandı
Ermənistanda seçkilər get-gedə gərginləşir və bu gərginliyin fövqündə Dağlıq Qarabağ məsələsi də gündəmdən çıxmır. Demək olar ki, prezidentliyə namizədlərin hər biri Dağlıq Qarabağ məsələsindən bəhrələnməyə çalıır və seçicilərə verilən vədlər də məhz Qarabağla bağlıdır. Hətta namizədlərdən biri,keçmiş xarici işlər naziri Rafi Ovenesyan bəyan edib ki, prezident seçilərsə ilk işi Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıyacaq. Bu arada Rafi Ovenesiyanın açıqlamasına Rusiyadan da dəstək gəlib. “Dağlıq Qarabağın müstəqilliyini birinci Ermənistan özü tanımalıdır. Əks təqdirdə heç bir ölkə bu addımı atmayacaq”. Bu fikirləri rusiyalı politoloq, Qara dəniz və Xəzər regionu Siyasi və Sosial Tədqiqatlar İnstitutunun direktoru Vladimir Zaxarov bildirib.
O, Dağlıq Qarabağın statussuz bir heç olduğunu söyləyib: “Dağlı Qarabağ hal-hazırda bir heçdir. İlk olaraq Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanımalıdır, sonra isə Rusiya... Ermənistan prezidenti Serj Sərkisyana Dağlıq Qarabağın müstəqilliyinin tanınması ilə bağlı müraciət etmişəm. ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətinin Dağlıq Qarabağa heç bir xeyri yoxdur. Həmsədrlər avaraçılıqla məşğuldurlar”.
Digər ermənipərəst politoloq Stanislav Tarasov da Dağlıq Qarabağın müstəqilliyinin birinci Ermənistan tərəfindən tanınmasının vacib olduğunu söyləyib: “Əgər Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanısa, onda Rusiya və digər dövlətlərin də bu addımı atmağına şərait yaranar. Ermənistan dövlətini Dağlıq Qarabağın müstəqilliyini tanımağa çağırıram”.
Siyasi və Hərbi Analiz İnstitutu Hərbi Proqnozlaşdırma Mərkəzinin direktoru politoloq Anatoli Tsıqanok da həmkarları ilə eyni mövqedə olduğunu söyləyib. O, Dağlıq Qarabağ konfliktinin tərəflərdən birinin qalibiyyəti ilə başa çatmasının hal-hazırda davam edən Suriya böhranının nəticəsindən asılı olacağını söyləyib: “Əgər Suriyada mövcud rejim daha 1 il dözsə, bu zaman ABŞ Suriyadan əl çəkərək İranla bağlı siyasətini həyata keçirməyə başlayacaq. ABŞ-ı bu siyasətində Azərbaycan mühüm rol oynayacaq”.
Tsıqanok Əfqanıstandan çıxarılacaq ABŞ qoşunlarının Azərbaycana yerləşdirmək ehtimalının yüksək olduğunu söyləyib: “Əfqanıstandan və Pakistandan çıxarılan qoşunlar ya Azərbaycanda, ya da Gürcüstanda yerləşdiriləcək. Bu zaman ABŞ İrana qarşı planını həyata keçiriləcək. Azərbaycan da bundan istifadə edib Dağlıq Qarabağa qoşun yeridəcək”.Maraqlıdır, politoloqların bu çağırışı Ermənistan rəhbərliyi tərəfindən ciddiyə alına bilərmi? Ekspertlər bildirir ki, bu gün Dağlıq Qarabağın Ermənistan tərəfindən tanınması əslində heç bir dəyişikliklə sona çatmayacaq. Çünki bu günə qədər istər beynəlxalq təşkilatlar, istərsə də BMT münaqişə tərəfi kimi Ermənistanı tanıyır və rəsmi qətnamələrdə Ermənistan işğalçı ölkə kimi tanınıb. Bu baxımdan işğalçı ölkənin ,işğal etdiyi ərazinin müstəqilliyini tanıması mənasızlıqdır. Digər tərəfdən bu gün Ermənistanın belə bir addım atması aparılan danışıqları heç edər və müharibənin yenidən başlaması labüdləşər. Hazırkı durumda isə bu Ermənistanı dövlət olaraq belə sıradan çıxarar. Amma bu gün Rusiya üçün belə bir addımın atılması çox vacibdir. Çünki hazırda Rusiya regionu itirmək təhlükəsi ilə rastlaşıb və mütləq münaqişə olmalıdır ki, bölgədə gücünü toplasın. Yəni hazırda Rusiya regiona ordu yürütmək niyyətindədir və bunun üçün əlverişli bəhanə gözlənilir. Belə bir bəhanəni isə yalnız Ermənistan verə bilər. Başqa maraqlı bir məqam isə ABŞ qoşunlarının Əfqanıstandan çıxarılaraq Azərbaycan vasitəsi ilə yola salınması məsələsidir. Ekspertlər düşünür ki, bu proses uzun bir vaxt aparacaq və bu vaxt ərzində ABŞ ordusu bir müddət Azərbaycanda qalacaq. Belə olan halda isə ABŞ Azərbaycanda hərbi baza yaratmalı olacaq. Məhz bu detalları nəzərə alan Rusiya tələsiyir və hesab etmək olar ki, gələn ilə qədər Rusiya fors-major vəziyyəti yaratmağa çalışacaq. Amma çox maraqlıdır ki, Ermənistanın hazırkı prezidenti Ermənistanın Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımasının əleyhinədir və rəqibi Rafe Ovenesiyanın bu çağırışını avantura hesab etmişdi.
Digər Xəbərlər
2024-12-27 00:31:47
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44