Tovuzda piyadanın ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 2005-ci il təvəllüdlü Qasimov Bədəl İlham oğlunu vurub. Piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.