Nəsimi rayon sakini icra başçısı Nəsib Məhəməliyevə od püskürdü
12:29 15-02-2013
CƏMİYYƏT
Ermənistan qaçqını: “Onlar məni döydülər”
Nəsib Məhəməliyev: “Nəsimi rayonunun ağası mənəm”
Azərbaycanla Ermənistan arasında 1988-ci ildə başlamış Dağlıq Qarabağ münaqişəsinə görə həmin ildə Ermənistanın Noyemberyan rayonunun Ləmbəli kəndindən erməni millətçiləri tərəfindən zorla yurdundan, yuvasından didərgin salınaraq qaçqın düşmüş Xəlilov İsa Məmməd oğlu qəzetimizin ötən sayında dərc edilmiş sosial məzmunlu materiallarla tanış olandan sora dərdini bildirmək üçün redaksiyamıza gəlmişdi.
Onun “Unikal”a dediyinə görə, 1988-ci ildə Ermənistandan qaçqın düşəndə ailəsi ilə bərabər birbaşa Bakıya gəlib: “Bakı şəhərindəki Novruzov qardaşları, 153-cü ünvanda yaşayan erməni ilə evlərimizi dəyişdirdik. Əlimdə bu mübadiləni təsdiqləyən rəsmi sənəd də var. Yəni hazırda ailəmlə bərabər yaşadığımız ev bizim qanuni mülkiyyətimizdir. Evimin həyətindəki torpaq sahəsindən də ailəmin ehtiyacları üçün istifadə edirdim. Mərhum Prezidentimiz Heydər Əliyev 2001-ci ildə göstəriş vermişdi ki, Ermənistan qaçqınları harada məskunlaşsalar və dövlətin torpağından istifadə etsələr, bu mülklər əvəzsiz olaraq onlara verilsin. Onun bu göstərişinə əsasən, biz qaçqınlara mülkiyyət hüquqlarımızı təsdiq edən müvafiq sənədlər verildi. Evin kupçasını aldıq, torpağın da şəhadətnaməsini. Torpağın sahəsi altı sot idi”.
Ermənistan qaçqınının sözlərinə görə, “2009-cu ildə məmurlar gəlib bu torpağın iki sotunu əlimdən aldılar. Dedilər ki, burada çoxmərtəbəli bina tikiləcək. Gələnlərin biri Nəsimi rayonundakı 59 saylı Mənzil-İstismar İdarəsinin müdiri Ələsgər müəllim (soyadını bilmirəm), o birisi isə Sevindik adlı (onun da soyadını bilmirəm) polis kapitanı idilər. Mənə dedilər ki, bu torpaqda tikinti aparılacaq. Dedim ki, halallığını verin, etiraz eləmirəm, amma mənə məhəl qoymadılar. Onlar dedilər ki, sənə heç bir halallıq vermirik. Hətta onlar məni döydülər də... Beləcə torpağımı zorla əlimdən aldılar. Torpağı verdilər DİA Holdinqə ki, bu şirkət mənzil tiksin”.
Qaçqının dediyinə görə, hansı dövlət idarəsinə üz tutsa da, onun şikayətinə baxan olmayıb: “Prezident Aparatına məktub göndərdim, cavab verən olmadı, axırda yazdılar ki, get, Nəsimi rayon İcra Hakimiyyəti başçısının üstünə. Ora da getdim, əliboş qayıtdım. İcra başçısı Nəsib Məhəməliyev isə dedi ki, torpağa görə sənə heç nə verilməyəcək. Buranın ağası mənəm”.
Bu azmış kimi, Ermənistan qaçqınının ikinci dəfə mülkiyyət hüququnu pozublar. Xəlilov İsa Məmməd oğlu bildirir ki, indi də “Azərsu” mənə ilişib, deyir ki, sənin torpağından kanalizasiya xətti çəkəcəyik. Əvəzində isə heç nə ödəmək istəmirlər”.
Digər Xəbərlər
2024-11-22 22:48:30
2024-11-22 20:35:08
2024-11-22 19:38:04
2024-11-22 18:45:14
2024-11-22 18:41:19
2024-11-22 18:05:14
2024-11-22 17:54:00
2024-11-22 17:28:04
2024-11-22 16:55:08
2024-11-22 16:46:45
2024-11-22 16:39:35
2024-11-22 16:28:54
2024-11-22 16:27:05
2024-11-22 16:24:00
2024-11-22 15:55:41
2024-11-22 15:54:59
2024-11-22 15:46:00
2024-11-22 14:56:00