Amerikanın alkoqolsuz içki istehsalçısı “PepsiCo”nun Azərbaycandakı törəmə şirkəti barəsində Dövlət Gömrük Komitəsi tərəfindən inzibati xəta protokolu tərtib edilib.
Unikal.org-un məlumatına görə, törəmə şirkət olan “PepsiCo Azərbaycan” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə cərimə protokolu tərtib edilərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilib. İşə hakim Solmaz Mustafayevin sədrliyi ilə baxılacaq.
İXM-in 485.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
“PepsiCo Azərbaycan” MMC 2015-ci ildə yaradılıb.
Seymur Əli