Yaxın gələcəkdə dərmanlar elektron reseptlə təyin ediləcək.
Unikal.org-un məlumatına görə, bunu “Dərman təhlükəsizliyi və farmakonəzarət” mövzusunda çıxışında TƏBİB-in Dərman və tibb vasitələri departamentinin rəhbəri Elmin Quliyev bildirib.
O qeyd edib ki, hazırda bir çox qurum tərəfindən dərman vasitələri sahəsində yeni addımlar atılır:
“Təkmilləşdirmə fəaliyyəti çərçivəsində dərman vasitələrinin qiymətləndirilməsində, qeydiyyat prosesində, təchizatında rəqəmsallaşdırma prossesləri gedir. Yaxın gələcəkdə rəqəmsallaşdırma prosesi başa çatdıqdan sonra dərman izləmə sistemi ölkəmizdə tətbiq olunacaq. Bundan sonrakı mərhələdə elektron reseptə keçid olacaq. Yəni artıq dərmanlar kağız yox, elektron reseptlərlə təyin olunacaq.”