"Romada keçirilən G20 sammiti iqlim dəyişikliyi ilə mübarizə baxımından ümidləri doğrultmadı, lakin ümid tam itməyib".
Unikal.org xəbər verir ki, bunu BMT baş katibi Antonio Quterreş "Twitter" səhifəsində yazıb.
"Mən G20-nin qlobal qərarların tapılmasına dair yenilənmiş öhdəliyini alqışlasam da, Romadan puç ümidlərlə ayrılıram. Amma onlar heç olmasa məhv olmadı”, - BMT rəhbəri qeyd edib.
"Qarşıda insanlar və planet üçün maliyyə və uyğunlaşma vədlərini yerinə yetirmək üçün 1,5 dərəcə selsi hədəfi saxlamaq üçün Qlazqoda COP26 konfransı var", -deyə o qeyd edib.