Bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş prokurorları Şurasının ilk iclası keçiriləcək.

Unikal.org  xəbər verir ki, tədbirdən əvvəl iştirakçılar Fəxri xiyabana gələrək müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyublar.

Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarı üzərinə gül-çiçək dəstələri düzüblər. 

Həmçinin, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş prokurorları Şəhidlər xiyabanını da ziyarət edib.

Qeyd edək ki, iclas çərçivəsində, həmçinin, ikitərəfli və çoxtərəfli görüşlər də nəzərdə tutulub. İclasda Türkiyə, Özbəkistan və Qırğız Respublikalarının baş prokurorları, Qazaxıstan Respublikasının Baş prokurorunun birinci müavini, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibinin müavini, Beynəlxalq Prokurorlar Assosiasiyasının prezidenti və digər qonaqlar iştirak edəcəklər.