İrəvanda erməni etirazçılar İran bayrağını qaldırıblar.
Unikal.org "Azad İran" Teleqram kanalına istinadən xəbər verir ki, Paşinyan hakimiyyətinə qarşı bir qrup müxalif erməni, müsəlman Azərbaycana qarşı xristian Ermənistana dəstək verən dövlətlərin bayraqları ilə İrəvanın Azadlıq meydanına toplaşaraq hökumətin istefasını tələb ediblər.
Aksiyada etirazçılar Ermənistanın dəstəkçisi saydıqları İran və Fransanın bayraqlarını daşıyıblar.