"Hesab edirəm ki, 2022-ci ilin büdcəsi də sosialyönümlü olacaq. Təklifimiz odur ki, ən azı 20 faiz və daha yüksək imkanlar daxilində maaş, pensiya və müavinətlər qaldırılsın".

Bunu Unikal.org-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev maaş və pensiyaların neçə faiz artacağı ilə bağlı deyib.

Komitə sədri bildirib ki, hələlik konkret bir rəqəm söyləmk olmaz. 

"İl ərzində təxminən 7-8 faiz inflyasiya olub. Həmçinin bəzi sahələrdə qiymət artımları olub. Xüsusilə kommunal xərclərdə artım baş verib. Hər bir büdcə vətəndaşın sosial rifah halını daha da yaxşılaşdırmaq niyyəti ilə qəbul olunur. Müzakirələrin gedişi, hesablamalar və tənzimləmələr nəzərə alınaraq ola bilər ki, artım 30-40 faiz, bəzi sahələrdə isə daha yüksək olsun. Bunu hazırda konkret demək olmaz. Büdcə müzakirələri nəticəsində qərar qəbul olunacaq".

Anar Kəlbiyev