Bakı şəhəri 98 nömrəli tam orta məktəbə “Azərbaycanın Milli Qəhrəmanı” İlqar Anzor oğlu Mirzəyevin adı verilib.

Unikal.org xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Baş nazir Əli Əsədov qərar imzalayıb.

Bununla yanaşı, qərara əsasən, Qubadlı rayonu Xanlıq kənd 3 nömrəli tam orta məktəbə (müvəqqəti olaraq Abşeron rayonunda yerləşir) “Azərbaycanın Milli Qəhrəmanı” Şükür Nəriman oğlu Həmidovun adı verilib.