Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 810 yoluxma halı qeydə alınıb.

Unikal.org-un verdiyi xəbərə görə, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 321 243-ə çatıb.

Son 24 saat ərzində ölkədə koronavirusdan 30 ölüm halı qeydə alınıb. Bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 6700-ə çatıb.