Belarusun paytaxtı Minskdə Azərbaycanın görkəmli şairi və mütəfəkkiri Nizami Gəncəviyə abidə qoyulacaq.

Unikal.org xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı deyib.

A.Lukaşenko abidənin qoyulmasını Belarus və Azərbaycan xalqlarının dostluğu əlaməti olaraq dəyərləndirib.