Türkiyənin milli müdafiə naziri Hulusi Akar ABŞ Prezidenti Co Baydenin erməni “soyqırımı”nı tanımasına münasibət bildirib.
Unikal.org xəbər verir ki, H. Akar Bakıda keçirilən mətbuat konfransında vurğulayıb ki, Türkiyə Amerika və NATO ilə müttəfiqdir:
“Çox adamın bir yanlışı söyləməsi onun doğru olduğu anlamına gəlmir. Mənim doktorantura ilə bağlı diplom işim də 1915-ci illə bağlıdır. Bundan əlavə, mütəxəssislər tərəfindən 1063 səhifəlik bir hesabat hazırlanıb. Bu araşdırmanın heç bir yerində soyqırım sözü işlədilməyib. Hətta həmin sənəddə kilsədən çox məscidin yandırıldığı qeyd edilib. Hesabatı hazırlayanlar bildirir ki, türklərlə ermənilər 500 il birgə yaşayıb. Əgər biz qarışdırmasaq, daha uzun illər də birgə yaşaya bilərlər. Bilirsiniz ki, PKK millətimizin başına uzun zamandır dərd olub. Bu günlərdə onun sözdə olan komandirlərindən biri çıxışında dedi ki, bəzi Qərb gücləri onlardan silahı buraxmağı istəməyib. Bu da ermənilərin 1915-ci ildə hər hansı şəkildə aldadıldığını göstərir. Sənədlər ortadadır, gəlib araşdıra bilərlər”.