Yaponiyanın keçmiş müdafiə naziri Esimasa Xayasi ölkənin yeni xarici işlər naziri təyin olunub.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bunu Yaponiya hökumətinin baş katibi Xirokadzu Masuna noyabrın 10-da keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Fumio Kişida hökumətində xarici işlər naziri postuna əvvəllər müdafiə, elm və təhsil, kənd təsərrüfatı naziri olmuş Esimasa Xayasi təyin olunub.
Məlumata görə, 60 yaşlı siyasətçi 2008-ci ildə Yasuo Fukuda hökumətində müdafiə naziri, Abe kabinetində isə kənd, meşə və balıqçılıq təsərrüfatları naziri, 2017-2018-ci illərdə təhsil və elm naziri olub.