"Paris Saint-Germain" ulduzu Lionel Messinin Eyfel qülləsi mənzərəsində çəkdirdiyi foto Türkiyədə gülüş obyektinə çevrilib.

Unikal.org xəbər verir ki, sosial şəbəkələrdə istifadəçilər fotomontajla ulduz futbolçunu Türkiyədən başqa mənzərələrə yerləşdiriblər. Paylaşımlar qısa zamanda böyük maraqla qarşılanıb və minlərlə bəyənmə toplayıb.

Qeyd edək ki, sözügedən fotonu Messinin həyat yoldaşı Antonela Rokuzzo "Instagram" hesabında paylaşmışdı.