Çexiya hökuməti istefa verməyə razılaşıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Baş nazir Andrey Babis oktyabrın 10-da xəstəxanaya yerləşdirilən Prezident Miloş Zemana istefa məktubu göndərib.
Məlumata görə, istefanı qəbul edən prezident yeni hökumət qurulana qədər istefası başa çatan hökumətə öz vəzifələrini yerinə yetirməyi tapşırmalıdır.