Müxalifət partiyaları və onların tərəfdarları hazırda həbsdə olan eks-prezident Mixeil Saakaşviliyə dəstək məqsədilə Tbilisidə Səhiyyə və Ədliyyə nazirliklərinin binaları qarşısında eyni vaxtda etiraz aksiyası keçirirlər.
Unikal.org xəbər verir ki, Gürcüstan müxalifəti noyabrın 8-də etiraz hərəkatının başladığını elan edib.
Əsas tələblər Saakaşvilinin azad edilməsi, onun mülki klinikaya köçürülməsi və növbədənkənar parlament seçkilərinin elan edilməsidir.
Aksiya başlamazdan əvvəl etirazçılar “Sakaşviliyə azadlıq” plakatları ilə yürüş ediblər.