Minsk lazım gələrsə, Rusiya Federasiyasının köməyi ilə öz təhlükəsizliyini təmin edə bilər.
Unikal.org xəbər verir ki, bunu Belarus Müdafiə Nazirliyi bu gün bəyan edib.
"Belarus silahlı qüvvələri istənilən hücuma güclü zərbə endirməyə hazırdır. Bizim təhdidlərə və çağırışlara cavab vermək sistemimiz bizə ölkənin təhlükəsizliyini, o cümlədən əsas strateji müttəfiqimiz Rusiya Federasiyası ilə birlikdə təmin etməyə imkan verir", - Belarus Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Minsk bildirib ki, Rusiya ilə ittifaq dövlətinin sərhədlərini qorumağa, qoşunların istənilən istiqamətdə qruplaşdırılmasına mümkün qədər tez başlamağa kömək edir.
Qeyd edək ki, bəyanat Belarus və Avropa İttifaqı sərhədində davam edən miqrasiya böhranı fonunda verilib.
Ağarza ELçinOğlu