ABŞ və Çin prezidentləri Cozef Bayden və Si Cinpin noyabrın 15-də videokonfrans formatında görüş keçirəcək.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Cen Psaki bildirib.
C.Psakinin sözlərinə görə, liderlər ölkələrarası rəqabətə necə məsuliyyətlə yanaşmağı müzakirə edəcəklər.
"Çinlə maraqlarımızın üst-üstə düşdüyü yerlərdə birgə iş yollarının müəyyənləşdirilməsi gündəmdədir”, - sözçü qeyd edib.
Ağ Ev nümayəndəsinin sözlərinə görə, Amerika lideri onlayn görüş zamanı Pekinin hərbi modernləşdirmə siyasəti ilə bağlı narahatlığını açıq şəkildə çatdırmaq niyyətindədir.