İranın Hörmüzgan vilayətində polislə narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan dəstə arasında silahlı toqquşma baş verib.
Unikal.org xəbər verir ki, bu barədə vilayətin polis idarəsinin rəisi general Qulamrza Cəfəri bildirib. O qeyd edib ki, operativ məlumat əsasında xüsusi əməliyyat hazırlanıb və qaçaqmalçılar təqib olunub. Qaçaqmalçılar yükü 1,4 ton tiryəkdən ibarət olan avtomobillə qaçmağa cəhd etdilər. Polis silah tətbiq etmək məcburiyyətində qalıb və iki qaçaqmalçı ölüb.
Avtomobilə baxış zamanı tiryəkdən başqa, 3 ədəd tüfəng, 1 ədəd “Kalaşnikov” avtomatı və 200 ədəd patron aşkar edilərək müsadirə olunub. İstintaq aparılır.