Cüdo üzrə beşqat Avropa və altıqat SSRİ çempionu Anatoli Bondarenko 78 yaşında dünyasını dəyişib.
Unikal.org xəbər verir ki, veteran idmançının ölümünə koronavirus infeksiyası səbəb olub.
Bir müddətir xəstəxanada müalicə alan cüdoçunun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, 80 kq və 86 kq çəki dərəcələrində Avropa və SSRİ çempionu olmuş Anatoli Bondarenko 1975-ci ildə karyerasını başa vurmuşdu.