İngiltərənin Liverpul şəhərində xəstəxana yaxınlığında taksi fəaliyyəti ilə məşğul olan avtomobil partlayıb.

Unikal.org xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

Polisin məlumatına görə, partlayış səhər saatlarında baş verib. Yaralı xəstəxanaya yerləşdirilib, onun həyatına heç bir təhlükə yoxdur. Hadisənin araşdırılmasına terrorla mübarizə üzrə mütəxəssislər də cəlb edilib.