
Həbsdə olan sabiq deputat Gülər Əhmədovanın barəsində seçilmiş həbs-qətimkan tədbiri barədə olan məhkəmə qərarından apellyasiya şikayəti verilib.
Bu barədə APA-ya vəkili Eldar Qədimi məlumat verib.
E. Qədimi apellyasiya şikayətinə yaxın günlərdə baxılacağını bildirib.
Qeyd edək ki, G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 və 307.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.