Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti bu ilin 27 oktyabr tarixindən ilk dəfə olaraq 1 000 ABŞ dollarını ötüb.
Unikal.org xəbər verir ki, 16 noyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) dekabr fyuçerslərinin qiyməti 1 002 dollar təşkil edib, bu da gün ərzində 5%-dən çox artəm deməkdir.
Xatırladaq ki, 6 oktyabr tarixində TTF indeksi ilə qazın min kubmetrinin qiyməti ilk dəfə olaraq 2 000 dollara yaxınlaşıb.