Çinin Şanxay şəhərində yerləşən "Vert City Farm" adlı bir ferma, üz tanıma texnologiyasını sınaqdan keçirdiyini açıqlayıb.

"Unikal" xəbər verir ki, onlar bu addımı heyvan sürüləri arasında qohumluq əlaqəsini dayandırmaq üçün atdıqlarını bildiriblər.

Qeyd olunub ki, süni intellekt (AI) texnologiyası rəng kodlaşdırmasına əsaslanan kamera ilə heyvanları izləyə bilir. Bu da heyvandarlıqda məhsuldarlığın və işin keyfiyyətini artıracaq.

Ağarza Elçinoğlu