Kanadanın Britaniya Kolumbiyası vilayətində fövqəladə vəziyyət elan edilib. Bu, güclü yağışların səbəb olduğu daşqınlarla bağlıdır.
"Unikal" xəbər verir ki, bu barədə bölgənin başçısı Con Horqan bildirib.
Onun sözlərinə görə, son bir neçə gün təbii fəlakət ilə əlaqədar Britaniya Kolumbiyanın sakinləri üçün inanılmaz dərəcədə çətin olub:
"Güclü külək, leysan yağışlar və sel əyalətimizdə yaşayış məntəqələri dağıdıb. Bununla əlaqədar Britaniya Kolumbiyası hökuməti fövqəladə vəziyyət elan edib".