Sudanda keçən ay baş vermiş çevrilişə qarşı keçirilən etirazlarda minlərlə insan iştirak edib.
Unikal.org xəbər verir ki, etirazlar zamanı təhlükəsizlik qüvvələri azı 15 nəfəri güllələyib, onlarla adamı yaralayıb.
Bildirilib ki, paytaxt Xartumda, xüsusən də onun şimal rayonlarında baş verən ölüm halları, hərbçilərin hakimiyyəti ələ keçirməsindən sonrakı etirazlardan sonra ölənlərin sayının 39-a çatdığını bildirib. Daha yüzlərlə yaralı var.
Polis qüvvələri silahdan istifadə edildiyini təkzib etsə də, həkimlər ölənlərin baş, boyun və sinəsindən güllə yarası aldığını açıqlayıb. Yaralıların isə bəzilərinin vəziyyətinin ağır olduğu deyilir.
Qeyd edək ki, nümayişlər hələ də davam etdirilir.
Ağarza Elçinoğlu