Rusiyada dəhşətli cinayət hadisəsi qeydə alınıb.
"Unikal" xəbər verir ki, 32 yaşlı Vladimir Yadne Sibirin Qaz-Sale kəndində olarkən, iki kişi və bir qadını eyni gecədə qətlə yetirib. Daha sonra cani qurbanları evinə aparıb. Günlərlə saxladığı cəsədləri bir-bir doğrayıb. Onların ətindən yemək bişirib.
Çox keçməyib ki, Yadne üç nəfərin itkin düşməsinə görə saxlanılıb. Polis onu evinə baxış keçirəndə gördüyü nənzərədən şoka düşüb. Belə ki, polis evdən 3 nəfərin doğranılmış cəsədini və çox sayda araq butulkalarını aşkar edib.
Vladimir cinayəti etiraf edib. O, insanları bıçaqla qətlə yetirdiyini və ətlərini yediyini ifadəsində bildirib. Sibir məhkəməsi onu ömürlük həbs cəzasına məhkum edib. Həmçinin də, 32 yaşlı Vladimir Yadne ölkənin ən ağır cəzaçəkmə müəssisələrinin birinə göndərilib.