Ermənistanda daha 1019 nəfərdə koronavirus aşkarlanıb.
"Unikal" xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Məlumata görə, Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 331 914 nəfərə yüksəlib.
Bildirilib ki, son sutkada ölkədə koronavirusdan 30 nəfər ölüb. Bununla da ölənlərin sayı 7 183-ə çatıb.