Rusiyada son sutkada COVID-19 virusundan daha 1 251 nəfər ölüb.
"Unikal" xəbər verir ki, məlumatı ölkənin Operativ Qərargahı yayıb.
Bildirilib ki, gün ərzində yoluxanların sayı 37 374 nəfər artıb.
Ümumilikdə epidemiya başlayandan indiyədək Rusiyada 7 919 250 nəfər koronavirusa yoluxub, 260 335 nəfər isə vəfat edib.